Müəllimin şagirdin başını divara çırpmasına REAKSİYA

14:18 13-01-2022 | icon 410 | Təhsil
Müəllimin şagirdin başını divara çırpmasına REAKSİYA

Daxili İşlər Nazirliyi Bakının Xəzər rayonunda şagirdin müəllim tərəfindən zorakılıq görməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

 

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 12-də Təranə Rüstəmova Xəzər Rayon Polis İdarəsinin 3-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, 28 dekabr 2021-ci ildə 117 saylı məktəbdə idman dərsi zamanı qızı L.Əliyeva fiziki tərbiyə müəllimi Kəmalə Qasımova tərəfindən döyülüb:

“Həmin müraciətlə əlaqədar məktəbli və valideyni polis şöbəsinə dəvət edilib. Valideynin izahatı alınıb. Daha sonra məktəb müəllimi K.Qasımova da polis şöbəsinə dəvət edilərək onun da izahatı alınıb. Müəllim ifadəsində şagirdin məktəbin divarlarını yazdığına görə tənbeh etdiyini və döymədiyini qeyd edib. Eyni zamanda, məktəblinin valideyninə azyaşlının tibbi ekspertizadan keçirilməsi təklif olunub. Lakin valideyn uşağın xəsarətinin olmadığını bildirib və tibbi ekspertizadan keçirilməsini istəməyib”.

 

O qeyd edib ki, hazırda iş üzrə şahid ifadələrinin alınması prosesi davam etdirilir:

“Toplanmış materiallar qərar qəbul edilməsi üçün Xəzər Rayon Prokurorluğuna göndəriləcək”. 

 

Qeyd edək ki, ötən gün Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşdığı barədə məlumat yaymışdı.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq