Aslan İsmayılovdan Hafiz Hacıyev etirafı

16:45 29-11-2017 | icon 605 | Siyasət
Aslan İsmayılovdan Hafiz Hacıyev etirafı

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cnnbaku.az saytında hüquqşünas Aslan İsmayılovla bağlı açıqlamalar verib. Həmin açıqlamanı təqdim edirik.

Məlum olduğu kimi, hüquqşünas Aslan ismayılov barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə açılmış cinayət işinin istintaqı davam edir, onun ölkədən çıxışına qadağa qoyulub. Hüquq-mühafizə orqanlarındakı mənbələr onun barəsində həbs-qətimkan qərarının veriləcəyini də istisna etmirlər. Xatırladaq ki, A.İsmayılov oktyabrın 2-də Binəqədi rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasının baxışı zamanı, çığır-bağır salaraq hakimi təhqir etdiyinə görə barəsində cinayət işi qaldırılıb. Belə ki, hakim Rəşad Əliyevin qərarı elan olunduqdan sonra A.İsmayılov əsəblərinə hakim ola bilməyib.

Hafiz Hacıyevə ədalət qarşısında məğlub olan hüquqşünasın əsl məqsədi üzə çıxdıqdan sonra onu facebook üzərindən izləyənlər (red.səhifəsini bəyənlənlər) vəkildən üz döndərməyə başladı və səhifəni kütləvi tərk etdilər. Bu barədə hüquqşünas acı etirafla diqqət çəkmişdi.
Bugün isə hüquqşünas özü üçün daha bir acı etiraf edib. Bildirib ki, o, Hafiz Hacıyevin əsl gücünün hansı ağırlıqda olduğunu bugün anlayıb. Lakin, vəkil etirafında öz ənənəsinə sadiq qalaraq Partiya sədrinin övladlarının iş yerlərə, məsləklərinə “ilişib”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən MMP sədri Hafiz Haciyev dəqiq faktlara söykənən etiraflarla Aslan İsmayılovu mat vəziyyətinə qoyub:

“SOROS fondunun Bakıdakı nümayəndəsi, fondun hesabına Amerikada təhsil alan hüquqşünas Aslan İsmayılov fondun direktoru Corc Sorosa dəstək nümayiş etdirməsindən, xalqı hakimiyyətə qarşı qaldırmaq niyyətindən, Azərbaycanımızı, ulu öndərimizin yadigarı olan dövləti Şimali Koreyaya bənzətməsindən danışmır, mənim övladlarımdan danışır? Bir dönüb özününkilərə baxırmı? Gəlin mən sizə öz övladlarım barədə də danışım, Aslan İsmayılovun övladları barədə də. Nəticəni siz çıxarın.

Üç övladım var. İki qız, bir oğlan. Böyük qızım hüquqşünasdır. Hüquq fakültəsini bitirib. Hazırda Fövqalədə Hallar Nazirliyində çalışır. İkinci övladım Samirə isə Xarici Dillər Universitetini bitirib. Samirə ingilis dilini əla bilir. Oğlum Rauf Hacıyev 610 balla İqtisad Universitetinin Əmtəəşunaslıq fakültəsinə daxil olub və oranı bitirib. Dövlət qulluğuna qəbul imtahanında yüksək bal toplayaraq Gömrük Komitəsinin əməkdaşı seçilib. Hər 3 övladım şərəf və ləyaqətləri ilə dövlətə xidmət edirlər! Bəs Aslan İsmayılov və onun övladları?
Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov Stavropol diyarının Zelençuk şəhərində anadan olub. Hər bir kəs onun sabiq MTN generalı ilə olan sıx əlaqəsini çox gözəl bilir. Hüquqşünasın qızı Cəmilə xanım artıq uzun illərdir ki, Konstitusiya məhkəməsində yüksək vəzifədə çalışır. Səhv etmirəmsə, şöbə müdiridir. Çıxsın indi də desin də antidemokratiyadır! Deyir, dövlət mənə düşməndir. Dövlət sənə düşmən olsaydı, qızın belə yüksək vəzifədə olmazdı! İsmayılovun digər oğlu barədə isə onun özü heç danışmağı lazım bilmir, mən nə danışım? Görünür, oğlu haqqında layiqli bir şey yoxdur danışmağa. Kim bilir, bəlkə əvvəlki MTN olsaydı, oğlu bu dəqiqə polkovnik falan idi”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı