Masallıda yanan uşaqların ikisi də dünyasını dəyişdi

14:58 17-12-2018 | icon 538 | Hadisə
Masallıda yanan uşaqların ikisi də dünyasını dəyişdi

 

Bədəninin 85 faizi yanan, 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu dünyasını dəyişib.

Xatırladaq ki, dekabrın 10-da Masallı rayonun Sığıncaq kəndi ərazisindəki yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar.

Versus.Az-ın məlumatına görə, dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasion tədbirlər görülüb.

 

Lakin buna baxmayaraq, bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ci il təvəllüdlü) dünyasını dəyişib. Müseyibov Məhəmməd Əbülfəz oğlu (2010-cü il təvəllüdlü) və Kərimov Sənan Rauf oğlu (2006-cı il təvəllüdlü) bədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam etdirilib. Lakin yaralıların vəziyyəti ağır olaraq qalıb. Onların vəfatı barədə məlumat bu gün daxil olub.

 

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə başlanmış cinayət işi həmin məcəllənin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR