"Sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da..."

15:16 17-12-2018 | icon 650 | KİV
"Sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da..."

 

"Bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da bura daxil olub. Lakin sosial şəbəkələri də media kimi qiymətləndirməyimiz düzgün deyil".


Versus.Az xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Vüqar Səfərli "Dini qurumlar və sosial media" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır:

 

"Əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyır. Amma sosial şəbəkələrdə bu belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu vətəni hesab edir. Lakin bununla yanaşı xaricdən idarə olunan quvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il prezidentin sərəncamı ilə İlahiyyat inistitu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsi üçün mühum rol oynayacaq".



Vüqar Səfərlinin fikrincə, bu sahədə təbliğata böyük ehtiyac var:

"Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlər həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir".

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin