Prokurorluqda işləmiş şəxsin ŞOK ƏMƏLLƏRİ

17:29 21-01-2022 | icon 409 | Hadisə
Prokurorluqda işləmiş şəxsin ŞOK ƏMƏLLƏRİ

Yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrikdə təqsirləndirilən 1947-ci il təvəllüdlü Elbrus Əliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Versus.az Publika.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən 75 yaşlı şəxslə bağlı maraqlı faktlar üzə çıxıb. Açıq keçirilən məhkəmə prosesində məlum olub ki, E.Əliyev uzun illər prokurorluq sistemində müxtəlif vəzifələrdə çalışıb. Belə ki, o, 1974-cü ildən 2007-ci ilədək prokurorluqda çalışıb. 2007-ci ildə 60 yaşı tamam olan şəxs təqaüdə çıxsa da, bir çox şəxslərin yanında yenə prokurorluq əməkdaşı kimi özünü təqdim edib və insanların etibarını qazanıb.

 

Məhkəmədə məlum olub ki, E.Əliyev 2016-cı ildə genişşaxəli əlaqələrinin olduğunu bildirərək V.Nəsibovun övladını imtahansz şəkildə Tibb Universitetinə qəbul etdirəcəyi və daha sonra Avropanın nüfuzlu universitetlərindən birinə köçürüləcəyini vəd edərək 50 min manat alıb. Elə həmin il, o, həbs edilmiş bir şəxsin cəzasının yüngülləşdirəcəyi vədi ilə həmin şəxsin qayınatasından 50 min manat alıb. Daha sonra E.Əliyev BDU-nun müəllimlərindən birinin oğlunu prokurorluqda işə qəbul etdirəcəyini vəd edərək yenə 50 min manat alıb. Lakin E.Əliyev hər 3 halda verdiyi vədləri yerinə yetirə bilməyib.

 

İstintaqda o da məlum olub ki, təqsirləndirilən şəxsin oğlu R.Əliyev prokurorluqda vəzifədə çalışıb və atasının ələ keçirdiyi külli miqdarda vəsaitlərin geri qaytarılmasında iştirak edib.

 

Məhkəmədə E.Əliyev hər 3 şəxsdən aldığı pulların artıq tam geri qaytarıldığını bildirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxsin yaşı, ziyanın ödənilməsi, şikayətçinin olmaması və sair hallar nəzərə alınaraq o, 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq