Baş ağrısının həyati təhlükə yaradan beş əlaməti

09:31 22-01-2022 | icon 375 | Sağlamlıq
Baş ağrısının həyati təhlükə yaradan beş əlaməti

Baş ağrısı zamanı müşahidə olunan beş əlamət həkimə müraciət etmək üçün əsasdır.

 

Bu barədə britaniyalı nevroloq Mohan Sakeram xəbərdarlıq edib.

 

O, ümumiyyətlə baş ağrısının bir sıra səbəbləri ola biləcəyini və bunda həyat tərzinin mühüm rol oynadığını deyib.

 

“Məsələn, növbədə işləyən və ya nədənsə gecələr aktiv qalmaq məcburiyyətində olan insanlar yuxudan oyananda tez-tez baş ağrıları keçirirlər. Kofeindən sui-istifadə və daimi kompüter qarşısında oturmaq da əzələlərin sıxılmasına, spazmlara gətirib çıxarır ki, bu da ağrılara səbəb ola bilər”.

 

Nevroloq əlavə edib ki, yuxu pozğunluğundan, stressdən əziyyət çəkənlər, həmçinin psixi sağlamlıq problemi olan insanlar da mütəmadi olaraq baş ağrıları yaşaya bilərlər və bir çox hallarda baş ağrısının həyati təhlükə ilə əlaqəsi yoxdur:

 

“Ancaq sizin üçün qeyri-adi şiddətli ağrı yaranarsa, bu, müayinə üçün ciddi bir səbəbdir. Ən həyəcanverici variant zərbəyə bənzəyən baş ağrısıdır; birdən, qəfil meydana gəlir və dərhal son dərəcə güclü hiss olunur”.

 

Nevroloq baş ağrısı üçün təcili tibbi yardıma müraciət etməyin zəruriliyini göstərən bir neçə əlaməti sadalayıb:

 

- Ağrı ilə eyni vaxtda bulanıqlıq yaranır və ya görmədə ikiləşmə meydana gəlir

- Baş ağrısı qusma ilə müşayiət olunur.

- Baş ağrısı gecə yaranır və insanı yuxudan oyadır.

- Ağrı boyun sərtliyi və yüksək hərarətlə müşayiət olunur.

- Ağrı elə şiddətli hala keçir ki, adi analgetiklər kömək etmir.

 

Həkimin sözlərinə görə, göstərilən hallar ciddi daxili patologiyaların xarici simptomudur və həyati təhlükəsi yüksəkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ