Xədicə İsmayılovaya 500 min avro verilib - SƏBƏB?

15:39 18-12-2018 | icon 516 | Gündəm
Xədicə İsmayılovaya 500 min avro verilib - SƏBƏB?

 

Qalmaqallı jurnalist və frilanser-hüquq müdafiəçisi kimi hakimiyyətlə mübarizəyə cəlb edilmiş Xədicə İsmayılova Qərb təşkilatlarından 500 min avro qrant alıb.

 

Versus.Az xəbər verir ki, bu barədə beynəlxalq donor təşkilatlardan birinin ofisinə istinadən Avropa.info dünən məlumat yayıb.

 

Bu xəbərin ictimailəşməsindən sonra “Facebook” sosial şəbəkəsində Azərbaycan liberal-demokratiyasının ögey anasının yeni şübhəli yarım milyonluq layihəsi ətrafında qızğın müzakirələr başlayıb.

 

Vaxtilə müxalifət lideri Əli Kərimlinin silahdaşı olmuş keçmiş məşhur siyasi dustaq Ruslan Bəşirlinin başçılıq etdiyi nəşrin məlumatına görə, həmin iri məbləğdə qrant Xədicə İsmayılovaya müxtəlif kanallarla, kiçik partiyalarla çatdırılıb. Çünki vergi orqanları ilə məhkəmə mübahisəsinə görə X.İsmayılovanın bank hesabları bağlıdır və nəticədə o, qrant pullarını birbaşa ala bilmir.

 

Sayta məlumat verən mənbə bildirib ki, qrantın verilməsində məqsəd milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaqdır. Bu araşdırmanın nəticələrindən isə həmin sosial qruplar arasında təşkilatlanma işlərinin aparılması üçün istifadə edilməsi nəzərdə tutulub. Yəni qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb.

 

Müxalif nəşrin məlumatına görə, Xədicə İsmayılova yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb.

 

Məlumata görə, onlar bu qədər böyük maliyyə tranşlarının əsas müxalifət partiyalarına deyil, siyasi mübahisəyə dolayısı ilə cəlb edilmiş fərdi şəxslərə ayrılmasından narazıdırlar və bununla bağlı Qərb ölkələrinin səfirliklərinə şikayət ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı