Özünü “Azərsu” əməkdaşı kimi təqdim edir və...

14:48 24-01-2022 | icon 383 | Hadisə
Özünü “Azərsu” əməkdaşı kimi təqdim edir və...

Bakı şəhəri Səbail rayonu ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

 

Bu barədə “Azərsu” Açıq  Səhmdar Cəmiyyəti məlumat yayıb.

 

Bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən, “Azərsu” ASC-yə məxsus geyimdə olan həmin şəxs M.Hüseyn küçəsindəki geyim mağazasında su sayğacının düzgün quraşdırılmadığını obyekt sahibinə bildirib. Və sayğacın yuyulub təmizlənməsi və düzgün quraşdırılmasına görə 80 manat tələb edərək həmin məbləği alıb obyekt sahibindən alıb.

 

Həmin şəxslə təkrar əlaqə yaratmaq istədikdə isə onun təqdim etdiyi telefon nömrəsinin işləmədiyi məlum olub. Bundan sonra obyekt sahibi məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail rayon sukanal idarəsinə müraciət edib.

 

Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

 

“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” ASC əməkdaşlarından vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə və yerli sukanal idarələrinə məlumat versinlər.

 

Qurum abonentlərdən xahiş edir ki, içməli və tullantı su xidmətlərindən istifadəyə, qeyri-əhali abonentləri texniki şərtə və sayğacların quraşdırılmasına görə ödəmələri azersu.az saytı, e-su.az portalı, bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq