"Qar adamı", xizəkli maral və daha nələr - MİLLİ PARKDA

16:00 18-12-2018 | icon 557 | Gündəm
"Qar adamı", xizəkli maral və daha nələr - MİLLİ PARKDA

 

"Dənizkənarı Milli Parkda Yeni il hazırlıqları artıq yekunlaşmaq üzrədir".

 

Versus.Az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib. Onun sözlərinə görə, bayram günlərində İdarə paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək:

 

"Dənizkənarı Bulvar İdarəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Milli Parkda hazırlıqları davam etdirir. Artıq Dənizkənarı Milli Park ərazisi boyunca ağaclar çilçıraqlarla bəzədilib. Kukla teatrının arxasında, bulvar ərazisində olan meydanda yolka qurulub, teatrın yanında, yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 35 m, eni 4.3 m və hündürlüyü 5 m olan tunel quraşdırılıb. Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar quraşdırılıb. Şarın yaxınlığında Yeni ilin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq".

 

G.Yelmarqızı bildirib ki, ərazidə işıqlarla bəzədilmiş, iri ölçüdə rəmzi hədiyyə qutuları və “Qar adamı” da quraşdırılacaq:

 

"Bulvardakı gəzinti qatarları və retro maşınlar bəzədiləcək, Neftçilər prospekti boyu işıq dirəklərində Azərbaycan bayrağı əks olunacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür