"İnqilab hazırlayırlar"

16:31 18-12-2018 | icon 520 | Dünya
"İnqilab hazırlayırlar"

 

"Qərbin postsovet məkanında etdiyi hər şey inqilabın hazırlanmasına hesablanıb".

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Komsomolskaya pravda"ya verdiyi müsahibəsi zamanı deyib.

 

"Amerikalılar öz meyarlarına görə işləyirlər. Rusiyanın isə öz ənənələri, öz maliyyə məhdudiyyətləri var" - deyə Lavrov bildirib. Onun sözlərinə görə, sabiq Sovetlər İttifaqında işləyən bütün qeyri-hökumət təşkilatlarının komandalarının arxasında böyük pullar dayanır:

 

"Bu təşkilarların əksəriyyətinin arxasında ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi (USAID - red.) dayanır. Həmin qurum sözügedən təşkilatların donorudur. Bütün bu beynəlxalq və demokratik institutların arxasında ya ABŞ-ın Respublikaçılar Partiyası, ya da digər təşkilatlar durur".

 

"Corc Soros, əlbəttə ki, burada kifayət qədər ciddi rol oynayır. Soros nəinki təkcə bizim postsovet məkanımızda, eləcə də bir çox digər yerlərdə bu işi həyata keçirir" - XİN başçısı vurğulayıb.

 

"Əlbəttə, burada onların kəmiyyət baxımından üstünlüyü var. Biz onlara kəmiyyət baxımından bu səviyyədə cavab verə, bu cür marionet təşkilatlar yarada bilmərik" - deyən nazirn sözlərinə görə, o təşkilatların olduqca təxribatçı gündəliyi var.

 

Bununla belə, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bütün siyasi qüvvələrlə işləməyin gərəkli olduğunu etiraf edib:

 

"Bizim bunu etməməyimiz düzgün olmazdı. Biz hamı ilə işləyirik, özü də Cənubi Qafqazda deyil, postsovet məkanının digər hissələrində də. Biz bütün sistemli müxalifətçilərlə işləyirik. Lakin sistemsiz və yeraltı müxalifətlə işləmirik. Düşünürəm ki, bu, düzgün hərəkətdir".



Rusiya XİN rəhbərinin fikrincə, vəziyyətdən çıxış yolu olduqca sadədir:

"Cəmiyyətlə, vətəndaşlarla işləmək, insanların maraqlı olduğu layihələri həyata keçirmək lazımdır. Bu, mədəniyyət, dil, idman, təhsil, sadəcə insani münasibətlərdir. Hesab edirəm ki, biz müəyyən müsbət nəticələr əldə edə bilərik. Dayanmaq olmaz".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”