Laçının əsir abidələri

18:46 29-11-2017 | icon 1431 | Araşdırma
Laçının əsir abidələri

Yuxarı Qarasaqqal kəndi Kiçik Qafqaz sıra dağlarında, Murovdağın cənubunda, ortadağlıq yamaclarda, təxminən Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 512 km qərbdə, rayon mərkəzindən şose yolla 62 km şimal-qərbdə, Qarabağ yaylasının cənub-qərb yamacında yerləşən kənd Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 134 km-dir. Ərikli kəndindən 2 km şimalda, Qarabəyli kəndindən təxminən 2,5 km cənubda yerləşir.

Şəlvə və Qorçu inzibati ərazi dairələrinin yaxınlığında, Kürdhacı inzibati ərazi dairəsində yerləşən Yuxarı Qarasaqqal kəndi dəniz səviyyəsindən 1741 m-dən artıq yüksəklikdə, Qırxqız dağının cənub yamacında qərarlaşır. Kənd daxilindən keçən şose yolun kənarında Qarasaqqal sovməəsi və sovməəyə yaxın ərazidə olan qədim qəbristanlığın qalıqları mövcud idi. Sovet dönəmində sovməədən kolxoz üçün anbar kimi istifadə edilmişdir. Bu tarixi abidə heç vaxt dövlət tərəfindən qeydiyyata alınaraq abidə kimi qorunmamış və sovməənin ərazisində ən xırda arxeoloji qazıntı işləri belə aparılmamışdır.

Bəs bu ərazilərdə sovməələrin yaranması necə və nədən qaynaqlandı? Məsələyə bir az diqqətlə baxış keçirəndə məlum olur ki, bu ərazilərdə inşa edilən tikililərin hər biri əvvəlcədən, əsasən də xristianlıq dövründən çox-çox əvvəl inşa edilmiş köhnə tikinti qalıqları üzərində yenidən inşa edilmişdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, bu ərazilərdə inşa edilən dini tikililər əvvəlcədən planlaşdırılmış şəkildə sırf xristianlığı təbliğ etmək üçün bina edilmişdir. Əvvəlcədən inşa edilən tikililər əlverişli coğrafi mövqeyi olan lazımi yüksəklikdə və strateji baxımdan əhəmiyyətli ərazilərdə, çay və bulaq kənarında salınmışdır.
Qeyd edim ki, sovməələrin inşası zamanı əsasən iki funksiya nəzərdə tutulurdu. Birincisi uzun zaman səfərdə olan insanların dini ibadətlərə olan ehtiyaclarını ödəmək üçün köç və ticarət yollarının üstündə inşa edilirdi. Xristianlığa aid sovməələrin Azərbaycanda, əlçatmaz dağlarda və keçilməz meşələrdə inşa olunmasının əsas səbəblərindən biri məhz bu idi. İkinci funksiyası isə kilsə və monastırların həyətyanı sahələrində keşiş və yepiskopların qəbirüstü abidəsi kimi inşasıdır.

Göründüyü kimi dağlıq və dağətəyi bölgədə, Azərbaycan Albaniyası ərazisində yarımqazma sovməələrin yayılması birinci funksiyanın yerinə yetirirdi. Bunu həmin tikililərin yerləşdiyi ərazidə digər əsas və ya yardımçı bina və qurğuların olmaması da sübut edir. Həmçinin mağara tipli sığınacaq yerlərinin yetərincə olmaması səbəbindən təqiblərə məruz qalan xristian əhali öz dini tələblərini ödəmək üçün bu tip tikililərə sığınırdı. Vaxt ötdükcə yaylaqda və sovməədə yaşayanlar vəfat edən zaman tikililərin yaxınlığında dəfn edilməklə qəbirstanlıq salınmışdır. Sonda çox ustalıqla istifadə etdikləri xüsusi bir üsulla özlərinə saxta tarix yaradan hay tayfaları bu tip tikililəri haylaşdırdıqdan sonra əraziləri də qədim erməni torpağı kimi mənimsədilər.
Qarasaqqal sovməəsinin tavanı çatma tağlarla tamamlanan günbəzli, bir nefli, mərkəz tipli bazilikası olan və olduqca diqqətəlayiq, eləcə də dövrünün tələblərinə uyğun şəkildə inşa olunmuşdur.
Özünəməxsus kompozisiyası olan Alban məbədi hər iki tərəfdən mehrablı apsidası olan düzbucaqlı formada balzika ilə tamamlanmışdır. Giriş qapısı mehrablı apsidası olan cübbə və sovməə avadanlıqlarını saxlandığı otağa açılır. Sovməənin dam örtüyü və tavanı yarımdairəvi tağ şəkilində quraşdırılmışdır. Məbədin inşası zamanı təbii, irili xırdalı daşlardan və əhəng qatışığından istifadə olunmuşdur. Məbədin daxili divarları xüsusi ustalıqla suvanmışdır. Xaricdən olan ölçüsü: 9.6х5.2 metrdir (cənub fasadı 10.7 m).

Hava şəraiti və inşaat materiallarının quruluşu nəzərə alınaraq divarlar 1 metrə yaxın qalınlıqda hörülmüşdür. Şimaldan və cənubdan olmaqla İki giriş qapısı olmuşdur. Qapılardan biri təxminən 200 il bundan əvvəl bizə məlum olmayan səbəbdən daş divar hörülərək bağlanmışdır. Məbədin inşası haqqında dəqiq bir məlumat yoxdur. Yuxarı divarların hörgüsü zamanı istifadə edilən XV və ya XVI əsrlərə aid məzarüstü daş parçaları sovməənin XVI və ya XVII əsrlərdə yenidən bərpa (inşa) olunmasını güman etməyə əsas verir.
Deməli aparılan tədqiqatlar və ümumi araşdırma nəticəsində müəyyən edilir ki, bu məbədin təməl divarları daha qədim zamanlarda, yuxarı divarlar isə çox-çox sonra inşa olunub. Belə ki, binanın şərq apsidasında, pəncərənin aşağısında, yerdən beş cərgə hündürlükdə olan təməl divarına hörülmüş iri daş kitabədə yazılanlar bunu təsdiq edir. Aparılan qeydlərə əsasən məbəd 1246-cı ildə inşa edilmişdir. Daş kitabənin bir hissəsi divarın içəri dərinliyində qaldığı üçün ardının oxunması mümkün deyildir.

Hay tayfaları türklərin müsəlman olmasına əsaslanıb, onların bu ərazilərə sonradan köç etdiyini söyləməklə yanaşı xaç işarələrinin xristianlara aid olmasına tapınaraq əsrlərlə bütün tariximizi mənimsəməyə çalışırmışlar. Tarixi qaynaqları araşdıran alimlər tərəfindən təsdiq edilir ki, türklər islamı qəbul etməzdən öncə xristianlığı qəbul etmişdir. Hətta xristian türklərin kilsələr inşa etdikləri ortaya çıxır. 1500-cü illərin sonlarına qədər xristian türklərə rast gəlinirdi. Xaç olaraq tanınan damğa isə Xristianlıqdan öncə Oğuzların Ok (Ox) damğası olaraq istifadə edilmişdir. Dünyanın dörd bir tərəfinə səpələnən oğuzlar getdikləri yerlərdə Ok (Ox) damğasınıdan istifadə edirdilər. Bu damğa demək olar ki, türk dünyasında xalça və kilimlərdə bu günlərə qədər geniş şəkildə istifadə edilməkdədir. Oğuzların Ok damğası xristian qıpçaqlar tərəfindən Avropaya daşındıqdan sonra daha geniş şəkildə istifadə edilməyə başlandı. Türkiyəli alim “Tahsin Parlak”ın Aralın sırları adlı kitabında yuxarıda qeyd edilənlər öz əksini tapmışdır.

1992-ci ilin may ayının 18-i günü Laçın koridorunu ələ keçirmək məqsədi ilə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan Respublikasının Gorus rayonu istiqamətindən hücuma keçən Ermənistan Respublikası Silahlı Qüvvələri Laçın şəhərinin işğalını həyata keçirdi. Bu işğal nəticəsində Laçın rayonunun digər əraziləri ilə birlikdə Yuxarı Qarasaqqal kəndinin ərazisi də döyüş meydanına çevrildi və kənd ərazisi ilə bərabər sovməə və digər daş abidələr bir müddət sonra işğal edildi.

Yuxarı Qarasaqqal kəndinin maddi və mənəvi mədəniyyətinin mühüm tərkib hissəsi olan bu daş abidələrin hay əsirliyinə düşdüyü dövrdən sonrakı taleyi haqqında bu gün dəqiq məlumatımız yoxdur. Yalnız işğaldan sonra haylar tərəfindən yayımlanan şəkillərdən məlum olur ki, Qarasaqqal sovməəsi hələlik normal vəziyyətdə qalır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol