Müharibədən sonra 396 hərbçimizə aid meyit qalığı tapılıb

12:03 26-01-2022 | icon 671 | Şəhidlər və şahidlər
Müharibədən sonra 396 hərbçimizə aid meyit qalığı tapılıb

“Üçtərəfli Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə bağlı dərhal ciddi addımlar atıb”.

 

Bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

 

O qeyd edib ki, Dövlət Komissiyasına daxil olan aidiyyəti dövlət qurumları bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçiriblər:

 

“Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflər işğaldan azad olunmuş ərazilərdə birgə axtarış-araşdırma işləri aparıb və tapılmış meyit qalıqları tərəflərə təhvil verilib. Prosesdən keçən müddət ərzində 396 Azərbaycan hərbçisinə aid meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb. Tapılmış meyit qalıqları Hərbi Prokurorluğun nəzarəti ilə Daxili İşlər Nazirliyinin (DİN) və Səhiyyə Nazirliyinin aidiyyəti laboratoriyalarında eyniləşdirilərək ailələrinə təhvil verilib, şəhidlərimizin nəşi hərbi nizamnamənin tələblərinə uyğun olaraq dəfn edilib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq