“Gözlənilməz hadisələr baş verə bilər”

17:15 18-12-2018 | icon 563 | Siyasət
“Gözlənilməz hadisələr baş verə bilər”

 

 

Əlabbas Məhərrəmli: “Bütün bunların Azərbaycana təsiri olmayıb”

 

 

“Gürcüstanda müxalifətlə yeni hökumət arasında maraqlı mübarizənin olacağı gözlənilir”.

 

Bunu Versus.Az-a siayasi ekspert Əlabbas Məhərrəmli bildirib.

Ə.Məhərrəmli  bildirib ki, Gürcüstanda Salome Zurabişvilinin andiçmə mərasiminin keçirilməsi ilə seçki prosesi tam yekunlaşsa da, müxalifət qüvvələri seçkilərin nəticələrini qəbul etməyib, hakimiyyət dəyişikliyi uğrunda dinc mübarizənin başladığnı bəyan etmələri gözlənilməz hadisələrin baş verməsinə yol aça bilər:

 

“Bu prosesin necə davam edəcəyi və nə ilə başa çatacağını söyləmək çətindir. Çünki Gürcüstandakı əks mövqelərdə dayanan siyasi qüvvələr arasında güc nisbəti çox da fərqli deyil. O baxımdan, maraqlı mübarizənin gedəcəyi gözlənilir. Təbii, Gürcüstanda və bütövlükdə Cənubi Qafqazda maraqları olan ABŞ və Rusiyanın bu prosesə mümkün müdaxiləsi də mübarizəyə əlavə çalar qatır”.

 

Ə.Məhərrəmli qonşu dövlətdə yenidən vüsət alan bu proseslərin Azərbaycana ciddi təsir göstərəcəyini düşünmür:

 

“Xatırlatmaq lazımdır ki, Gürcüstanda siyasi aktivlik və hakimiyyət dəyişikliyi artıq neçənci dəfədir ki, baş verir. Ancaq bütün bunların Azərbaycana təsiri olmayıb. Məncə, indi də belə bir təsir gözlənilmir”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı