Deputatdan əhaliyə ÇAĞIRIŞ

12:41 26-01-2022 | icon 489 | Sağlamlıq
Deputatdan əhaliyə ÇAĞIRIŞ

“Son günlər koronavirusa yoluxanların sayında artım var. Digər tərəfdən də Nazirlər Kabineti yanında Operativ Qərargah karantin müddətinin azaldılması barədə qərar qəbul edib”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

 

O bildirib ki, ilk gündən koronavirusla mübarizə çərçivəsində görülən işlər, tədbirlər öz effektini verir:

“Bütün incəliklər, parametrlər nəzərə alınmaqla qərarlar qəbul olunur. Bu gün ölkə əhalisinin 60 faizə qədəri iki dozada vaksinasiya olunubsa, eyni zamanda böyük əksəriyyəti üçüncü-gücləndirici buster dozanı alıbsa və əhalinin əksəriyyəti bu virusa yüngül, orta, ağır dərəcələrdə yoluxubsa, burada artıq sərtləşdirilmiş qaydalara ehtiyac yoxdur. Bu mənada Operativ Qərargah düzgün qərar qəbul edib. Heç bir ölkə bu pandemiya ilə tək mübarizə aparmır”.

 

M.İbrahimqızı onu da əlavə edib ki, bu virusla mübarizəni bütün dünya ölkələri bir-birinin praktikasından öyrənib:

“İnsanların yoluxma faizi, vaksin olunanlar, evdə xəstələnənlərin sayı, buster doza alanların sayı və s. məsələlər üzrə statistikalar aparılır. Bu gün artıq koronavirus pandemiyasının qorxulu, təhlükəli vahiməsi yoxdur. Ölkə başçısının tapşırığı ilə koronavirusla mübarizə çərçivəsində zəruri addımların atılması, qlobal səviyyədə tədbirlərin görülməsi davam edir. Beynəlxalq aləmdə virusla mübarizədə Azərbaycan çox böyük töhfələr verib. 40-a yaxın ölkəyə Azərbaycan yardım etdi. Eləcə də müalicə və profilaktika sahəsində təcrübələrin paylaşılmasında da Azərbaycan səhiyyəsi mühüm rol oynayıb. Dünyada bu virusla mübarizədə ən inkişaf etmiş ölkələrin səhiyyəsi də aciz qalmışdı. Özünüz görürsünüz ki, Avropada pandemiya necə xaos yaratdı, lakin bizim ölkəmizdə belə bir xaos olmadı. Buna səbəb prezidentin düşünülmüş, sistemli formada həyata keçirilmiş tədbirlərinin nəticəsidir.

Bu gün koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, sağalanların, vaksinasiya olunanların sayı ilə nisbətdə çox deyil. Bu səbəbdən də insanlarda formalaşan immunitet, eyni zamanda risk qrupuna daxil olan şəxslərin, iri şirkətlərin əməkdaşlarının gücləndirilmiş buster doza alması səbəbindən karantin qaydalarında sərtləşmə deyil, yumşalma tətbiq edilir. Bu gün biz cəmiyyət olaraq vaksinasiyaya hər zaman olduğu kimi diqqətli olmalıyıq. Bütün karantin qaydalarına tibbi maskadan istifadə, sosial məsafəyə riayət etməklə bu bəladan xilas ola bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq