Kamran Əliyev səs yazısı yayılan prokuroru İŞDƏN ÇIXARDI

11:44 27-01-2022 | icon 531 | Hadisə
Kamran Əliyev səs yazısı yayılan prokuroru İŞDƏN ÇIXARDI

2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli vəzifədən çıxarılıb.

 

Qətldən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimov onu qəbul edən Vahid Məmmədlinin istintaqa təzyiqləri barədə danışmışdı və bu dialoqun səs yazısı Baş Prokurorluğa təqdim edildikdən sonra V. Məmmədli barəsində xidməti yoxlama başlanmışdı.

 

Versus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorun hərəkətləri barədə N.Kərimovun müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan yoxlama materialı Vahid Məmmədlinin intizam məsuliyyətinə cəlb edilməsi üçün Etik Davranış Komissiyasına göndərilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva sorğuya cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vahid Məmmədli tutduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, daha öncə saytda Niyaməddin Kərimovun müraciəti üzrə yayımladığımız həmin səs yazısında Vahid Məmmədli qətli törədən Nürəddin Kərimov və oğlu Kənan Nuroğlunun arxasında Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov və Zərdab rayonunun keçmiş prokuroru Hüseynxan Əliyevin durduğunu iddia edirdi.

 

N.Kərimov bildirirdi ki, görüş zamanı prokuror Nürəddin Kərimov və Kənan Nuroğluna himayədarlıq etdiyini etiraf edib: “Vahid Məmmədli dedi ki, həmin şəxsləri yaxşı tanıyır, onlara əvvəllər bir neçə dəfə, o cümlədən bıçaqlanma hadisəsində və narkotiklə bağlı hadisədə köməklik edib”.

N.Kərimov əlavə edib ki, 2020-ci ildə prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edəndə Vahid Məmmədli feysbuk hesabında status yazaraq adlar çəkəcəyi ilə bağlı kimlərisə hədələyib.

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq