Bomba qoyulduğunu deyən şəxsdən XƏBƏR VAR

12:57 28-01-2022 | icon 633 | Hadisə
Bomba qoyulduğunu deyən şəxsdən XƏBƏR VAR

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.

 

Versus.Az xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.

 

Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.

 

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N. (Ad, soyadı şərti) olduğu məlum olub.

 

Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlum olub ki, M.N. ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq