Şagirdin məktəbdə telefondan istifadəsində yeni QAYDALAR

13:50 28-01-2022 | icon 641 | Təhsil
Şagirdin məktəbdə telefondan istifadəsində yeni QAYDALAR

Mobil telefonlar uşaqların psixologiyasına mənfi təsir edir, onların əqli inkişafının zəifləməsinə səbəb olur. Bu səbəbdən də dünyanın bəzi ölkələrinin orta təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadə etməsinə icazə verilmir.

 

Azərbaycanın da bəzi məktəblərində şagirdlərin mobil cihazlardan istifadə etməsinə qadağa qoyulub. Ancaq bu proses əksər valideynlər tərəfindən xoş qarşılanmır. Valideynlər uşaqlarından məlumatlı olmaq üçün onların mobil telefonlardan istifadə etməsinin önəmli olduğunu hesab edirlər.

 

Son günlər orta məktəblərdə şagird-müəllim münasibətlərinə, təhsil prosesinə mənfi təsir edən videoların yayılması əslində bu qadağanın yerində olduğunu bir daha sübut edir. Şagirdlər dərsə diqqət yetirmək əvəzinə, məktəbdaxili intizam qaydalarına zidd hərəkətlərə yol verərək, bunu xüsusi “istedad” kimi də mobil telefonla çəkir və ictimailəşdirirlər.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov bildirib ki, bu istiqamətdə nazirlik tərəfindən yeni qaydalar tərtib olunacaq:

“Telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır. Hazırda bu mövzu nazirlik tərəfindən müzakirə olunur. Biz bu qaydaları elə tənzimləməliyik ki, hər hansı sui-istifadə halları olmasın. Eyni zamanda, proses düzgün aparılsın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”