Qadınlar bu pozğunluğa daha çox meyllidirlər

10:04 31-01-2022 | icon 335 | Sağlamlıq
Qadınlar bu pozğunluğa daha çox meyllidirlər

Bəzi insanlar soyuq qış mövsümündə depressiya və süstlüyə səbəb ola bilən affektiv pozğunluqla qarşılaşır. Bu sindrom yorğunluq, koqnitiv zəiflik və piylənməyə gətirib çıxarır.

 

Affektiv pozğunluğun müxtəlif səbəbləri var. Məsələn, D vitamini çatışmazlığı, qanda serotonin və melatonin hormonlarının səviyyəsinin azalması və s.

 

Bir qayda olaraq, qadınlar bu pozğunluğa daha çox meyllidirlər.

 

Amerika Psixiatriya Assosiasiyasından dietoloq Culiana Tamayonun sözlərinə görə, qeyd olunan simptomlar adətən payız və qış aylarında, günəş işığının az olduğu vaxtlarda görülür.

 

“Belə hallarda pəhrizə zənginləşdirilmiş dənli bitkilər və balıq daxil etmək məsləhətdir. Dənli bitki məhsullarının çoxu lif, vitamin B12 və fol turşusu ilə boldur. Bunlar depressiya simptomları ilə mübarizə aparmaq üçün vacib qidalardır”, - deyə Tamayo bildirib.

 

Tamayo qeyd edib ki, balıq da affektiv pozğunluğa qarşı mübarizədə eyni dərəcədə vacib rol oynayır. O, orqanizmi omeqa-3 əsas yağ turşuları və proteinlə təmin edir.

 

Mütəxəssis tünd şokoladı da nəzərdən qaçırmamağı tövsiyə edib. Belə ki, araşdırmalara görə, onun tərkibində depressiya əlamətlərinin aradan qaldırılmasında mühüm rol oynayan çoxlu maqnezium mineralı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq