11-ci sinif şagirdi ürəktutmadan öldü

14:22 31-01-2022 | icon 373 | Hadisə
11-ci sinif şagirdi ürəktutmadan öldü

Lənkəranda 17 yaşlı oğlan ölüb.

 

Versus.Az xəbər verir ki, hadisə ötən gecə rayonun Türkəkəran kəndində baş verib.

 

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Elvar Fədail oğlu İbrahimzadə yaşadıqları evdə ölüb.

 

Yaxınlarının dediyinə görə, anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Onu oyatmağa çalışıb. Lakin Elvar qəfil dünyasını dəyişib.

 

O, ailədə iki oğlandan biri olub. 11-ci sinifdə oxuyan Elvarın əvvəllər səhhətində hər hansı problemin olmadığı bildirilir.

 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə yerləşdirilib. Müayinələrin ilkin nəticələrinə görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq