Vətən müharibəsi şəhidinin qorelyefi qoyuldu

14:24 31-01-2022 | icon 500 | Şəhidlər və şahidlər
Vətən müharibəsi şəhidinin qorelyefi qoyuldu

Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin qorelyefi qoyulub.

 

Versus.Az xəbər verir ki, abidə şəhidin Sumqayıt şəhərində yaşadığı evinin qarşısında yerləşdirilib.

 

Qeyd edək ki, daha əvvəl yaşadığı evin qarşısında şəhidin xatirəsinə həsr olunan ehsan bulağı da istifadəyə verilmişdi.

 

Xatırladaq ki, Azərbaycan ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib.

 

O, 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü Dərəsi” adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İlkin Məmmədzadə oktyabrın 8-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

 

İlkin Məmmədzadə prezidentin imzaladığı sərəncamlarla “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Rəşadət“ ordeni ilə təltif olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq