B12 vitamini çatışmazlığını təyin etməyin yolu

08:43 01-02-2022 | icon 531 | Sağlamlıq
B12 vitamini çatışmazlığını təyin etməyin yolu

“B12” vitamini çatışmazlığı bir neçə əlamətlə, ilk növbədə də dərinin rəngi ilə müəyyən edilə bilər. Belə insanlarda dəri çox solğun və ya saralmış olur.

 

Bu barədə rusiyalı nutrisioloq Anastasiya Qavrikova həkimə getmədən və analizlər vermədən B12 vitamini çatışmazlığını necə təyin etməyi açıqlayarkən bildirib.

 

Onun sözlərinə görə bir çoxları bu vitaminin əhəmiyyətini düzgün qiymətləndirmir, halbuki sinir hüceyrələrini sağlam saxlamaq, sinir impulslarının ötürülməsi funksiyasını yaxşılaşdırmaq və mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmaq üçün əvəzsizdir.

 

Bundan başqa körpənin nevroloji pozğunluqlarının qarşısını almaq üçün hamilə qadınlarda B12 vitamini kifayət qədər miqdarda olmalıdır.

 

 

“Daimi zəiflik və yorğunluq da B12 çatışmazlığının vacib siqnallarıdır. Yaddaş problemləri, əhval dəyişikliyi, dad qönçələri olmayan iltihablı qırmızı dil (selikli qişanın atrofiyası) da problemi göstərə bilər”, - deyə Qavrikova əlavə edib.

 

Nutrisioloq B12 vitamininin əsasən qaraciyərdə, dietik ətdə, toyuqda, balıqda, dəniz məhsullarında və yumurtada olduğunu vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq