Alimlərdən pandemiyalara son qoyacaq KƏŞF

08:47 01-02-2022 | icon 490 | Sağlamlıq
Alimlərdən pandemiyalara son qoyacaq KƏŞF

Kanadalı tədqiqatçılar superkompüter vasitəsilə 100 min yeni RNT virusu aşkar ediblər. Bu yolla aşkar edilən viruslarla mübarizə onlar görünməmişdən əvvəl planlaşdırıla bilər.

 

Yeni kəşf nəticəsində məlum olub ki, bilinən RNT viruslarının sayı 10 dəfə çoxdur.

 

COVID-19 pandemiyasına səbəb olan Sars-Cov-2 də RNT virusudur. Üstəlik, bu 100 min virus arasında 9 yeni koronavirus da yer alır. Kataloqda qaraciyər çatışmazlığına səbəb olan hepatit D virusuna aid 300-dən çox virus da var.

 

Alimlərin fikrincə, bu cür geniş kəşflər insanlara, eləcə də mal-qara və nəsli kəsilməkdə olan növlərə təsir edən virusların daha sürətli müəyyənləşdirilməsinə səbəb ola bilər.

 

Superkompüter dünya üzrə 5,7 milyon bioloji nümunədən 20 milyon giqabaytlıq gen ardıcıllığı məlumatını təhlil edib və RNT virusunun mövcudluğunu göstərən spesifik genləri müəyyən edib. Bu nümunələr 13 il ərzində toplanıb və buz nüvələrindən heyvan peyininə qədər bir sıra nümunələri əhatə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq