Həkimdən həyəcan TƏBİLİ

15:06 01-02-2022 | icon 514 | Sağlamlıq
Həkimdən həyəcan TƏBİLİ

“Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa...”

 

Pandemiya dövründə təngnəfəslik deyəndə ilk ağıla gələn “görəsən koronavirusa yoluxmuşam?” sualı olur. Lakin əslində bu simptom bir tək koronavirusla bağlı deyil. Bu sindrom orqanizmdə müxtəlif xəstəliklərin, problemlərin ilkin əlaməti ola bilər.

 

İstənilən xəstəliyin ilkin simptomlarını düzgün qiymətləndirib həkimə müraciət etməklə sağlamlığımızın keşiyində dayana bilərik.

 

Bəs görəsən, əslində son dövrlər tez-tez rastlaşdığımız tənginəfəslik sindromu nədir?

 

Təngnəfəslik nədən yaranır? Bu psixoloji, stresdən yaranan haldır yoxsa necə? Onun qarşısını almaq üşçün nə etmək lazımdır?

 

Versus.Az Oxu.az-ın bu və digər suallarını Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova cavablandırıb.

 

O bildirib ki, norma çərçivəsində yetkin insanlarda dəqiqədə 8-12 tənəffüs hərəkəti olmalıdır:

 

“Onun tənəffüs həcmi isə 400-800 ml təşkil edir. Lakin, vərdiş etmədiyimiz fiziki işlə məşğul olduqdan sonra qısa müddət müşahidə edilən tənginəfəslik normal haldır. Lakin təngnəfəslik yaxud hava çatışmamazlığı kimi təsvir olunan şikayət uzun müddət davam edirsə, xüsusən də qəflətən səbəbsiz olaraq, bəzən yuxuda belə yaranırsa bu zaman orqanizmdə hər hansı ciddi potologiyanın əmələ gəlməsindən şübhələnmək olar”.

 

Həkim qeyd edir ki, təngnəfəsliyin yaranma səbəbləri həm bronx-ağciyər sistemi ilə, həm də ürək-qan damar sistemi ilə əlaqəli ola bilər:

 

“Eyni zamanda ağciyər arteriyasinin tromboemboliyasi səbəbindən, artıq çəki, psixo-emosional gərginliklə və s.məqamlardan da təngnəfəslik yarana bilər. Hər birinin yaranma səbəbinin özünün xarakter əlamətləri və özünəməxsus kliniki gedişatı olur. Tənəffüs zamanı kənardan aydın eşidilən fitverici səslər adətən qırtlağın daralmasından yəni stenozdan xəbər verir. Laringit, allergik reaksiya, yad cisim və s. buna səbəb ola bilən məsələlərdəndir. Nəfəs vermə zamanı yaranan çətinliklər, boğulma, boğaz tutmalarının olması, öskürək, xışıltılı tənəffüs daha çox bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi, bronxit və pnevmoniyalar üçün xarakterdir.

Pnevmoniyalar həmçinin bədən hərarətinin artması ilə də xarakterizə olunur. Pasient daha çox nəfəs almadan şikayət edərsə, uzanmış vəziyyətdə tənginəfəslik artıb, oturduqda azalırsa (buna ortopnoe deyilir-red.), yanaşı olaraq ödəmlər, sianoz (dəri və selikli qişalarin göyərməsi- red.), fiziki hərəkət zamanı tənginəfəslik artarsa və döş sümüyü arxası ağrılarla müşayiət olunarsa, problemin ürək qan damar sistemi ilə əlaqəli olunduğu düşünülə bilər.

Eyni zamanda mərkəzi sinir sisteminin zədələnmələri, insult, travma, beyin ödəmi, intoksikasiyalar qəflətən yaranan tənginefəsliyə gətirib çıxara bilər. Həmçinin diabetik koma zamanı asidoz, böyrək çatmamazlığı, geniş iltihabi proseslər də dispnoe yeni tənginəfəslik sindromuna yol açır. Ağciyərin hiperventilyasiyası deyilən bir hal daha çox qadınlarda psixo-emosional gərginlik keçirərkən, müxtəlif nevrotik pozğunluqlar zamanı özünü pasientdə havadan doymamaq hissi kimi, yaxud dərindən nəfəs ala bilməmək hissi kimi xarakterizə olunur. Bu hal psixonevroloqlar tərəfindən müalicə olunur. Təngnəfəslik ciddi hal olduğu üçün onu diqqətsiz qoymaq, yaxud xalq təbabəti ilə aradan qaldırmaq mümkün deyil. Bu kimi problemlər varsa, onun səbəbini araşdırmaq və vaxtında aradan qaldırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq