“Omikron”un dəridə görünən simptomları

09:55 03-02-2022 | icon 343 | Sağlamlıq
“Omikron”un dəridə görünən simptomları

Koronavirus infeksiyasının “omikron” ştammına yoluxmuş insanlarda getdikcə daha çox dəri simptomları görünməyə başlayıb.

 

Bu barədə britaniyalı epidemioloqlar “Medik Forum”da məqalə dərc ediblər.

 

Onlar “omikron”un dərinin vəziyyəti ilə müəyyən edilə bilən altı əsas əlamətini açıqlayıblar.

 

Xəstələr ilk növbədə ayaqlarında “kovid barmaqları” hiss edə bilərlər. Onlar rəngini dəyişə, qırmızı və ya bənövşəyi ola bilər, həmçinin qaşınma və ya səpgi yarana bilər.

 

 

Çatlayan və ya ağrıyan dodaqlar infeksiyanın olduğunu göstərə bilər. Xüsusilə göyərəndə və ya solğun boz rəngə çevrildikdə narahat olmağa dəyər: bu, tənəffüs sisteminin zədələnməsini göstərir.

 

 

Bundan əlavə, dəridə qaşınmaya səbəb olacaq səpgilər və ya ləkələr yarana bilər.

 

Həmçinin, “Miliaria” xəstəliyinə (bir insanın çox tərləməsi və eyni zamanda yavaş-yavaş buxarlanması səbəbindən meydana gələn dəri qıcıqlanması ) bənzər əlamətlər “omikron” varlığını göstərə bilər. Adətən qollarda, ayaqlarda (dəri büküşlərində) kiçik qırmızı səpkilər, ya maye tərkibli kiçik sızanaqlar şəklində görünür və qaşınma yaradırdır.

 

 

Qurdeşənəyinə bənzər əlamətlər. Bu vəziyyətdə dəridə gicitkən yanmasına bənzəyən qabar və ya qabarcıqlar görünür. Periferiyada onlar qeyri-səlis çəhrayı xəttlə haşiyələnir, basıldığında solğunlaşır.

 

Nəhayət, dəri simptomları donma əlamətlərinə (qabarıq qırmızı ağrılı ləkələr) bənzəyə bilər.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq