“Azərbaycan xarici siyasəti bu gün ziqzaqlı bir yol keçir”

13:59 28-11-2017 | icon 505 | Siyasət
“Azərbaycan xarici siyasəti bu gün ziqzaqlı bir yol keçir”

“Balanslı siyasət axırımıza çıxıb”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycana səfir təyin olunması üçün Rusiyanın təklif etdiyi ermənipərəst diplomatın rəsmi Bakı tərəfindən imtina edilməsinə maraqlı şərh verib.

Versus.Az Moderator.az-a istinadən bildirir ki, MMP sədri deyib ki, ermənipərət səfirin gəlişindən daha çox ölkəmizdəki ermənipərəstlərin xəyanətindən qorxmaq, ehtiyatı əldən verməmək lazımdır:
 
“Rusiya heç vaxt Azərbaycanın dostu ola bilməz. Rusiya Azərbaycanın düşmənidir. Onlar həmişə çalışıblar ki, Azərbaycanı aşağılasınlar və bütün dayaqlarımızı sarsıtsınlar. Buna isə artıq nail olublar. Rusiya Ermənistana silah verir, hər cür maliyyə yardımı göstərir. Ruslar tarix boyu erməniləri müdafiə ediblər, bu gün də həmin siyasəti davam etdirirlər. Rusiya bütün vasitələrlə çalışır ki, Azərbaycanı çökdürsün. Təəssüf ki, ona da nail olub. 20 Yanvar faciəsini, Xocalı soyqırımını törədənlərdən biz daha nə gözləyirik? Rusiya öz vətəndaşı Dilqəm Əsgərovun girovluqdan azad olunması üçün əlaltısı olan Ermənistana heç nə deməyib. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan bütün məsələləri tam qətiləşdirməlidir. Biz nə qədər qorxacağıq? Mövqeyimizi ortaya qoymağın vaxtı gəlib çatmayıbmı? Azərbaycan xarici siyasəti bu gün çox paradoksal və ziqzaqlı bir yol keçir. Bu da Azərbaycanın gələcəyinə çox böyük mənfi təsir göstərə bilər.
Son vaxtlar bir sıra erməni şair və yazıçılarını Azərbaycana gətirirlər. Bu da onunla əlaqədardır ki, Azərbaycan hakimiyyətinin daxilində ermənilərlə sıx təmasda olan güclər var. Onlar da mənim qardaşım İlham Əliyevə ciddi təzyiq göstərirlər. Bildiyiniz kimi, növbəti ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçki ili ərəfəsində də Rusiya özünün təzyiq rıçaqlarını işə salıb. Rusiyanın Sank-Peterburq və digər şəhərlərində qondarma Talış-Muğam Respublikasının bayrağını qaldırıblar. Onlar separatizmə dəstək verməklə Azərbaycanı küncə sıxmaq istəyirlər.
Sergey Lavrov bu yaxınlarda Azərbaycana səfərə gəlmişdi. Bilirsiniz ki, onun anası ermənidir. O da Azərbaycan hakimiyyətində olan qohumlarının yanına gəlir. Biz deyirik ki, Azərbaycanda 30 mindən çox erməni yaşayır. Məncə bu say deyiləndən çoxdur və üstəlik bir çox yüksək postlarda olan məmurların da erməni qarışığı var. Hesab edirəm ki, ermənipərəst səfirin Moskvadan Bakıya göndərilməsindən daha çox hakimiyyətin ən yuxarı eşalonuna yerləşdirilmiş erməni “səfirlər”dən qorxmaq lazımndır. Ona görə də məhz bu məmurların xəyanəti nəticəsində Azərbaycanda ikili oyun gedir. Xalqımızı aldadırlar. Bu yandan da balanslı siyasət bizim axırımıza çıxıb. Biz öz qəti mövqeyimizi bildirməliyik. Necə olur ki, Rusiyanın bir quberniyası olan Ermənistan müstəqil siyasət yürüdür, Avropa İttifaqı ilə müttəfiqlik sazişini imzalayır, biz isə hələ də gözləmə mövqeyindəyik? Biz düşünməliyik ki, Azərbaycanı hara aparırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı