Əli Əliyevin məhkəməsi təxirə salındı

15:04 04-02-2022 | icon 528 | Hadisə
Əli Əliyevin məhkəməsi təxirə salındı

"Üzdə görünən odur ki, Əli Əliyevin bu günə nəzərdə tutulan məhkəmə prosesi hakim Rauf Daşdəmirovun qripə yoluxduğuna görə təxirə salındı. Amma ola bilər ki, burda başqa  düşünülmüş səbəblər də var". 

 

 

Bunu Versus.az-a VİP sədrinin müavini Zaur Mahiroğlu Əli Əliyevin fevralın 4-də nəzərdə tutulan məhkəmə prosesinin baş tutmaması səbəbini açıqlayarkən bildirib. 

 

Z.Mahiroğlu bildirib ki, Əli Əliyev 22 gündür ki, polkovnik Emil Cəfərovun iddiasına əsasən aparılan məhkəmədə verilən hökmə görə həbsdədir. Partiya sədrinin bu gün yenidən məhkəməyə çıxarılması isə vertalyot qəzasından sağ çıxan digər şikayətçi kapitan Ramin Əbilovun şikayəti əsasında aparılmalı idi.

 

Qeyd edək ki, VİP sədri Əli Əliyev 30 noyabr vertolyot qəzası zamanı həlak olan 14 zabitlə bir helikopterdə olub və təlim-uçuş məşqlərində  qəza zamanı böyük möcüzə nəticəsində sağ qalan hərbi pilotçular kapitan Emil Cəfərovun və polkovnik Ramin Əbilovun barəsində şübhəli iddialarla çıxış etdiyinə görə həmin şəxslər tərəfindən ayrı-ayrılıqda məhkəməyə verilib.  Birinci məhkəmədə 6 ay cəza alan Əli Əliyevi ikinci məhkəmədə də növbəti 6 aylıq cəza gözləyə bilərmi?

 

Z.Mahiroğlu  bildirib ki, partiya nümayəndələri öz sözlərini prezidentdə çatdırmaq üçün Prezident Aparatının qarşısında 10 nəfərdən ibarət aksiya keçirmək istəyiblər. Bakı Şəhər İcra hakimiyyəti pandemiya təhlükəsini qeyd edərək, aksiyaya icazə verməyib və  tövsiyə edib ki, müraciəti yazılı təqdim etsinlər.  Sədr müavini belə davam edərsə başqa addımlara əl atacaqlarını dedi.

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq