Zavodda BƏDBƏXT HADİSƏ

13:06 05-02-2022 | icon 367 | Hadisə
Zavodda BƏDBƏXT HADİSƏ

Bakıda zavodda fəhlə hündürlükdən yıxılaraq ölüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, fevralın 4-ü saat 16 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “Kartpak” MMC-yə məxsus karton zavodda fəhlə işləyən 1957-ci il təvəllüdlü Məlikməmməd Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Məlikməmməd Ağayev zavodda yerdən 2,5 metr hündürlükdəki kartonları pilləkənin üzərinə çıxıb yerə düşürən zaman yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. /Musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün "Xarıbülbül" festivalının bağlanışında...