Yenə İlham Əliyevdən yazırlar...

15:09 22-12-2018 | icon 843 | Kürsü
Yenə İlham Əliyevdən yazırlar...

 

 

"Qara piar" prinsiplərindən çıxış edərək yazırlar

 

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Yenə İlham Əliyevdən yazırlar. Və yenə də öz köhnə amplualarına sadiq qalaraq yazırlar. Yəni "qara piar" prinsiplərindən çıxış edərək yazırlar. Böyük Britaniyanın "The Guardian" nəşri Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı növbəti dəfə iftira və böhtan xarakterli material dərc edib. Azərbaycan reallıqlarına qara eynəkdən baxmağa adət etmiş "The Guardian"ın müxbirləri dekabrın 21-də Azərbaycan prezidenti haqda "ifşaedici" material verməklə öz aləmlərində yenə də "sensasiya" yaratmağa çalışıblar. Amma bəri başdan deyim ki, bu, çox ucuz sensasiyadır və "The Guardian"a heç də nüfuz gətirmir. Amma nə etməli, "The Guardian" öz oxucu auditoriyasını qoruyub saxlaya bilmək üçün zaman-zaman bu və ya digər ölkənin prezidenti və ya baş naziri haqda "eksklüziv" və ya "şok" faktlar dərc etməyə adət edib. Bu dəfə isə növbə deyəsən, İlham Əliyevindir. Niyə məhz İlham Əliyev? Və niyə məhz indiki məqamda onu və ailəsini hədəf seçiblər?

 

Bunun bir sıra səbəbləri var. Amma birinci və ən əsas səbəb isə dünya miqyasında cərəyan edən qlobal siyasi proseslərlə bağlıdır. Hazırda bəşəriyyət olduqca mürəkkəb mərhələdən keçir, dünya yenidən şəkilləndirilir. Neoimperialist dünya gücləri "yeni dünya düzəni" formalaşdırmağa çalışırlar. Fransadan tutmuş Ermənistana qədər, dünyanın irili-xırdalı bir çox ölkələrində "idarəolunan xaos" prinsipi ilə süni dəyişikliklərə təkan verilir. Yaşadığımız geostrateji rayonu qlobal siyasi oyun və eksperimentlər meydançasına çevirmək istəyən qüvvəllər çox fəallaşıblar. Heç şübhəsiz ki, Azərbaycan və onun rəhbəri İlham Əliyev də hədəf mərkəzindədir. Məsələ burasındadır ki, İlham Əliyevin 15 ildir sabit şəkildə ölkəni idarə etməsi və Azərbaycanın milli maraqlarından çıxış edərək müstəqil qərarlar qəbul etməsi, müstəqil siyasət yürütməsi dünyanı yenidən bölüşdürmək istəyən güc mərkəzlərini əsla qane etmir. Azərbaycanın regionun ən müstəqil siyasi aktoruna çevrilməsi məlum məsələdir ki, onların xoşuna gəlmir. Ona görə də, sözügedən güc mərkəzləri Azərbaycan prezidentinə qarşı vaxtaşırı informasiya hücumları təşkil edirlər. Bunu da "The Guardian"ların, "The Economist"lərin, "Washington post"ların və digər dünyaca məşhur mətbu platformaların üzərindən həyata keçirirlər. Bu KİV-lər artıq çoxdan öz müstəqilliklərini dünyanı pərdəarxasından idarə etməyə çalışan gizli güclərə satıblar. Əvvəllər hamının hörmətlə yanaşdığı və etibarlı xəbər mənbəyi kimi baxdığı bu cür mötəbər nəşrlər indi mafioz-imperialist güclərin əlində "yumşaq dəyənəyə", psixoloji-informativ təzyiq vasitəsinə çevrilirlər.

 

Odur ki, Böyük Britaniyanın ''The Guardian'' nəşrində Azərbaycan prezidentinin özü və ailə üzvləri ilə bağlı dərc olunan sifarişli "məqalə"də irəli sürülən iddiaların heç biri doğru deyil və bu cür "yazı"lar sadəcə acı gülüş doğurur. Özünə hörmət edən, öz imicinə həssaslıqla yanaşan heç bir media qurumu ''The Guardian'' kimi çirkli oyunun alətinə çevrilməz, qarayaxma kampaniyası aparmaz. Qoy "The Guardian"lar öz cızmaqaralarını yazmağa davam etsinlər. İlham Əliyev "The Guardian"ın bir yazısı ilə sarsılacaq qədər zəif prezident deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi