İmişlidə ƏMƏLİYYAT

09:43 10-02-2022 | icon 372 | Hadisə
İmişlidə ƏMƏLİYYAT

Beş kiloqramdan artıq narkotik götürüldü

 

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ələsgər Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb. 

 

Onun üzərinə keçirilən baxış zamanı 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

 

Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib. 

 

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi