Səhiyyə Nazirliyində YENİLİK

12:13 10-02-2022 | icon 366 | Sağlamlıq
Səhiyyə Nazirliyində YENİLİK

Vahid “Çağrı Mərkəzi” yaradılacaq

 

“Səhiyyə Nazirliyi yanında Vahid Səhiyyə “Çağrı Mərkəzi” yaradılacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, vətəndaşlar yaradılacaq “Çağrı Mərkəzi”nə müraciət edərək tiblə bağlı istənilən sualları ünvanlaya biləcəklər:

“Bu, vətəndaşların problemlərinin daha tez həllinə və sorğuların operativ şəkildə cavablandırılmasına şərait yaradacaq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müraciətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Eyni zamanda kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq, operativ və effektiv baxılması təmin ediləcək”.

 

T.Musayev onu da qeyd edib ki, səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır:

“Belə ki, beş illik bir dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır. Beləliklə səhiyyə sistemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq