Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı üzrə növbəti addım
Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı üzrə növbəti addım atıblar.
Versus.Az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında Moskvada hökumətlərarası komissiyanın iclasının yekunları barədə sualını cavablandırarkən deyib.
Səfirin sözlərinə görə, hökumətlərarası komissiyanın iclasında gələcək illərdə reallaşdırılması nəzərdə tutulan məsələlər müzakirə olunub:
“İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bizim ticari-iqtisadi əlaqələrimizin təşviqi üçün vacib vasitədir. Komissiyanın iclasında əvvəlcə ekspertlər səviyyəsində, daha sonra nazirlər səviyyəsində ticarət-iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Konkret tapşırıqlar qoyulub. Bu, həqiqətən də irəliyə doğru atılan addımdır”.
Xəbər lenti
Klipi üçün 10 kilo çəki atdı
Pərviz Mahmudov "Vurulmuşam" dedi