DYP-dən REYD

10:40 14-02-2022 | icon 541 | Hadisə
DYP-dən REYD

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın kütləvi yayılmasının qarşısının almaq, karantin rejimi qaydalarına riayət olunmasına nəzarəti gücləndirmək məqsədilə növbəti reyd keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, mövcud qaydalara məsuliyyətsiz yanaşan sürücü və sərnişinləri müəyyən ediliblər.

 

Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

 

Tədbir zamanı şəhər ərazisində yerləşən mağazalarda, ictimai iaşə obyektlərində və digər qapalı məkanlarda da sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Yoxlamalar zamanı iki mağazada bəzi alıcıların və satıcıların tibbi maskadan istifadə etmədiyi aşkarlandığı üçün onların barəsində inzibati qaydada tədbir görülüb. Restoran və kafelərdə isə müştərilərin, eləcə də xidmət personalının COVID-19 pasportu yoxlanılıb, qaydalara riayət etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların diqqətinə çatdırılıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ