Bu jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi

14:31 25-12-2018 | icon 643 | KİV
Bu jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi

 

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi "Beynəlxalq media vəsiqəsi" (İnternational Press Card) təqdim edilib.

 

Versus.Az-ın məlumatına görə, təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

 

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi "Beynəlxalq media vəsiqəsi" jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır:

 

"Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. "Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir".

 

Tədbirin sonunda 2018-ci ilin sonu üçün "Beynəlxalq media vəsiqəsi" BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: Rumiyyə Tağızadəyə, Nərgiz Cavadzadəyə, Telman Məmmədova, Fəridə Ağazadəyə, Anar Məsimova, Əlisəfa Həsənova, Rauf Rəcəbova verilib.

 

Qeyd edək ki, "Beynəlxalq media vəsiqəsi" BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir.

 

Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında - 

 

- Jurnalistika sahəsində fasiləsiz  fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,

- BJF-nin müəlliflik etdiyi "Jurnalistlər üçün Etik Kodeks"ə sayqılı yanaşmaq,

- BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq və onunla sıx əməkdaşlıq etmək və sair kimi məqamlar daxildir.

 

Yerli üzv təşkilata (Azərbaycanda JuHİ) üzv olduqdan sonra vəsiqə üçün müraciət etmək statusu yaranır. JuHI üzvü olmaq istəyənlər təşkilatın ofisinə müraciət edə  bilərlər.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin