Tonometrsiz qan təzyiqini ölçməyin ÜSULLARI

08:32 16-02-2022 | icon 773 | Sağlamlıq
Tonometrsiz qan təzyiqini ölçməyin ÜSULLARI

Rusiyalı kardioloq Rüstəm Osmanov qan təzyiqinin tonometr olmadan necə ölçüləcəyini açıqlayıb.

 

Ekspertin fikrincə, bunu bir neçə yolla etmək olar.

 

Birincisi, qan təzyiqi əlamətlərlə müəyyən edilə bilər. Təzyiq yüksəldikdə bu, tez-tez başın arxa hissəində ağrılar, başgicəllənmə, gözlər qarşısında nöqtələrin uçuşması, taxikardiya (sürətli nəbz), nizamsız nəbz, narahatlıq, ürəkbulanma, hətta qusma ilə müşayət oluna bilər. Qan təzyiqinin azalması zamanı isə zəiflik, yuxululuq, aktivliyin azalması, tez-tez əsnəmə kimi hallar görünür.

 

İkincisi, nəbzi əllə ölçməklə qan təzyiqinin səviyyəsini müəyyən etmək mümkündür. Ürək döyüntüsü 90 və ya daha çox olduqda, bu, xəstənin qan təzyiqinin çox yüksək olması deməkdir. Belə ki, normal ürək döyüntüsü dəqiqədə 60-80 dəfə arasındadır.

 

Kardioloq həmçinin təzyiqi ölçmək məqsədilə smartfonlar üçün xüsusi tətbiqlərdən danışıb. Lakin onların heç də etibarlı olmadığını bildirib.

 

O, qeyd edib ki, qan təzyiqinin səviyyəsini normallaşdırmaq üçün pəhrizə riayət etmək, duz qəbulunu məhdudlaşdırmaq, fiziki fəaliyyəti unutmamaq, siqareti və həddindən artıq spirtli içki istehlakını dayandırmaq lazımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ