Tez yuxuya getmək üçün tənəffüs üsulları

11:40 19-02-2022 | icon 535 | Maraqlı
Tez yuxuya getmək üçün tənəffüs üsulları

Psixoloq Hayli Perlus və yuxuşünas Aleks Dimitriu sakitləşməyə və tez yuxuya getməyə kömək edəcək sadə tənəffüs üsullarını açıqlayıblar.

 

Perlus diafraqma və ya qarınla nəfəs almağı məsləhət görüb. Bunu etmək üçün rahat oturmalı, bir əlinizi sinənizin üstünə, digərini isə qabırğalarınızın altına qoymalısınız. Nəfəsi burun vasitəsilə almaq və bu zaman mədənin əli yavaş-yavaş itələməsinə imkan verərək, sinənin hərəkət etmədiyinə əmin olmaq lazımdır. Nəfəsi ağızdan buraxmaq, dodaqlarınızı boru çəklində büzərək havanın çıxmasına kömək etmək üçün əlinizlə mədənizə yüngülcə basmaq lazımdır. Psixoloq məşqi on dəfə təkrarlamağı təklif edir.

 

Başqa bir üsul 4-7-8 sisteminə görə tənəffüsdür. Bu üsul burun vasitəsilə nəfəs almaq, dörd saniyə saymaq və sonra nəfəsi yeddi saniyə saxlamaqdan ibarətdir. Nəfəsi büzülən dodaqlardan fit səsi çıxararaq səkkiz saniyə ərzində buraxmaq gərəkdir.

 

Perlus həmçinin alternativ burun nəfəsini sınamağı təklif edib. Bu məşq üçün bir burun dəliyini barmaqlarınızla növbə ilə bağlamalı və əvvəlcə sağdan, sonra soldan nəfəs almalısınız.

 

Psixiatr və yuxu həkimi Aleks Dimitriu isə kvadrat nəfəs alma texnikasına diqqət çəkib. Bunu yerinə yetirmək üçün nəfəs almalı və səssizcə dördə qədər saymalı, sonra nəfəsinizi tutaraq yenidən dördə qədər saymalı, daha sonra, dördə qədər saymaqla nəfəsi buraxmalısınız.

 

Həmçinin, həkim yuxunu yaxşılaşdırmaq üçün yoqanı sınamağı da tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq