Dövlət qoruğunun ərazisində yanğın olub

09:58 21-02-2022 | icon 341 | Hadisə
Dövlət qoruğunun ərazisində yanğın olub

Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlayıb.

 

Versus.Az xəbər verir ki, yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən üç kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.

 

Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub.

 

Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın iki saatdan sonra lokallaşdırılıb.

 

Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.

 

İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən üç hektar ərazidə quru ağaclar yanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ