Qənirə Paşayevadan Türk aydınlarına Qarabağ çağırışı

15:39 28-11-2017 | icon 865 | Ədəbiyyat
Qənirə Paşayevadan Türk aydınlarına Qarabağ çağırışı

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydın və ictimai fəalların iştirakı ilə keçirilən “24-cü Beynəlxalq Hazar Şeir Axşamları”na qatılıb.

Versus.Az-ın məlumatına görə, millət vəkili Q.Paşayeva tədbirdə Türk dünyasına çağırış edərək, “bir-birimizi daha çox dəstəkləməliyik” deyib. O, Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb:

“Türk Dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq. Türk Dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək, topluma örnək olaraq, bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”.

Türk dünyasının müxtəlif bölgələrində Türk kökənli insanların bu gün yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili vurğulayıb ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır:

“Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir. İnanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”.

Q.Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışıb Bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:

“Bir türk xalqının, toplumunun problemi bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, eləcə də aydın, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşür. Onları daha da fəal olmağa çağırıram”.

Q.Paşayeva çıxışını “İnşallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun” – deyərək bitirib.

Millət vəkili tədbirdə İraq Türkmanlarının düşdüyü ağır vəziyyətdən də danışıb. Bildirib ki, bu gün Kərkük, Təlafərdəki soydaşlarımıza daha çox dəstək olmaq lazımdır. Kərkükə həsr etdiyi şeirini söyləyə Qənirə xanım eyni zamanda müəllifi olduğu “Böyük Azərbaycanım” və “Türkiyəm” şeirini də səsləndirib.

Tədbir çərçivəsində Q.Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair və araşdırmaçılarla görüşərək müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib. Tədbirdə həmçinin Azərbaycandan gənc və istedadlı şairə Ülkər Piriyeva da çıxış edərək özünün vətənə aid şeirlərini səsləndirib.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol