Öldürülənlərin mənzilindən SON GÖRÜNTÜLƏR

12:00 21-02-2022 | icon 370 | Hadisə
Öldürülənlərin mənzilindən SON GÖRÜNTÜLƏR

Öldürülən uşağın sözləri: "Atam məni döyür"

 

Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində az öncə saxlanılıb.

 

Versus.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

"lkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb", - E.Hacıyev qeyd edib.

 

Qeyd edək ki, dəhşətli hadisə Nizami rayonunda yerləşən Rüstəm Rüstəmov küçəsi 48 ünvanında yerləşən mənzillərdən birində baş verib. Qatil evə daxil olaraq ana ilə yanaşı onun övladlarının boğazını kəsərək qətlə yetirib.

 

Əraziyə gələn polislər hadisə ilə bağlı heç bir açıqlama verməyib.



Qonşuların verdiyi məlumata görə, cinayətdən bir neçə saat əvvəl mənzildən səs-küy gəlirmiş. Səs-küyə polis əməkdaşları, qonşular gəlib. Qapının arxasından uşaq, dərslərindən qeyri-kafi qiymət aldığı üçün atasının döydüyünü bildirib. Polis əməkdaşları ərazini tərk etdikdən sonra məlum cinayət hadisəsi baş verib. Hazırda qapıya prokurorluq tərəfindən möhür vurulub, üzərinə mənzilə giriş qadağası qeyd olunub. /Musavat.com/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ