Yaşayış evində PARTLAYIŞ
Tovuz rayonunda yaşayış evlərindən birində partlayış olub.
Versus.Az xəbər verir ki, hadisə rayonun Qazıqulu kəndində baş verib.
Belə ki, ikimərtəbəli, yeddiotaqlı evin birinci mərtəbəsində partlayış olub.
Baş verən hadisə zamanı 1959-cu il təvəllüdlü Pəri Şəbiyeva üçüncü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Sabahın hava PROQNOZU
Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var