Həbs EDİLDİLƏR

17:09 22-02-2022 | icon 331 | Hadisə
Həbs EDİLDİLƏR

Paytaxtın Xəzər rayon sakini - 2017-ci il təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

 

Versus.Az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuata açıqlamasında deyib.

 

Onun sözlərinə görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib:

“Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

 

K. Zeynalov onu da qeyd edib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilmiş müraciət əsasında “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial işçilər tərəfindən işlər aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ