Bərdə sakinləri ŞİKAYƏTÇİDİR

13:08 26-02-2022 | icon 464 | Sosial
Bərdə sakinləri ŞİKAYƏTÇİDİR

“Bir hissəsində qoyunlar saxlanılır, bir hissəsində isə - tövlə, yoxsa tibb məntəqəsi?”

 

Bərdə rayonunda üç kəndə xidmət edən tibb məntəqəsi tövlədə yerləşir. Rəsmi qurumlar tibb məntəqəsinin fəaliyyət göstərmədiyini desələr də yerli sakinlər bunun əksini söyləyir.

 

“Xəzər Xəbər”-in məlumatına görə, rayonun Hacıbəyli kəndində yerləşən tibb məntəqəsi fermada yerləşir.

 

Fermanın bir hissəsində qoyunlar saxlanılır, bir hissəsində isə tibbi xidmət göstərilir.

 

Rayonun Hacıbəyli, Kafarlı və Həsənli kəndlərində 2 minə yaxın insana xidmət göstərən tibb məntəqəsi uçub dağılmaq üzrədir. Kənd sakinləri deyir ki, bu məntəqədə onlara normal tibbi xidmət göstərilmir. Məntəqədə həkim olmasa da, tibb bacıları fəaliyyət göstərir.

 

Kənd sakinləri tibbi xidmət almaq üçün şəhər mərkəzinə getməli olurlar. Bu da onlar üçün yol xərci və vaxt itkisi deməkdir. Kənd sakinləri deyirlər ki, bu tikilidə normal tibbi xidmət almaq mümkün deyil. Bu səbəbdən də sakinlər 3 kənddə xidmət edən məntəqəyə yeni binanın tikilməsini tələb edirlər.

 

Məsələylə bağlı Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib ki, məntəqə binası fermada yerləşdiyi üçün bir neçə gün əvvəl fəaliyyəti dayandırılıb. Sözü gedən kəndlərdə tibbi xidmət üçün tibb bacısı səyyar xidmət göstərir. Uyğun bina üçün rayon icra hakimiyyətinə müraciət edilib.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq