Azərbaycandakı QHT-lərdən Xocalı soyqırımının ildönümü ilə bağlı BƏYANAT

14:31 26-02-2022 | icon 615 | Müharibə
Azərbaycandakı QHT-lərdən Xocalı soyqırımının ildönümü ilə bağlı BƏYANAT

"Olar törətdikləri bu soyqırımı hadisəsinə görə layiqli cəzalarını alacaqlar"

 

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat verib.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının şəxsi heyəti və erməni separatçılarının iştirakı ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı törədilib.

 

7000-dən çox əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edildi, əhali azərbaycanlı-türk olduqlarına görə kütləvi surətdə qətlə yetirilib. Erməni separatçıları dinc əhaliyə qarşı ən ağır, ən amansız üsullardan istifadə edərək XX-əsrin ən faciəli qətliamlarından birini törədiblər. Nəticədə Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

 

Ermənistanın münaqişə, müharibə zamanı mülki insanlara qarşı vəhşiliyi bütün tarixi dövrlərdə onların dövlətinin əsas siyasəti olub. Ermənistan istər 1988-1994-cü illərdə, istərsə də 2020-ci il Vətən müharibəsi zamanı mülki əhaliyə qarşı ağır cinayətlər törədib. 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların keçirildiyi ərazilərdən yüz kilometr aralıda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və s. yaşayış məntəqələri Ermənistan tərəfindən qadağan olunmuş silahlarla bombalanıb. Bu müharibə cinayətləri nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilib, 400-dən çox insan yaralanıb, 4 mindən çox yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılıb. 

 

Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı patoloji nifrəti 30 ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə də özünü büruzə verib. Belə ki, 30 il ərzində işğal edilmiş bütün ərazilərdə Azərbaycana aid tarixi, mədəni, dini və s. abidələr məhv edilmiş, ekoloji terror törədilib.

 

Biz bilirik ki, 30 ildir Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu müddət ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası keçirilib və Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılıb. Nəticə etibarilə 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Görülən bütün işlərə, beynəlxalq təzyiqlərə baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.

 

Biz Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri olaraq inanırıq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan canilər tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaq və onlar törətdikləri bu soyqırımı hadisəsinə görə layiqli cəzalarını alacaqlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ