Qadınları sevin

23:22 29-12-2018 | icon 2282 | Köşə
Qadınları sevin

 

 

XƏYAL NAMİZƏDLİ

 

 

Qadınları sevin. Üstündən yemək qoxusu gələnləri, makiyaj üçün zamanı olmayanları deyirəm, sevin. Bazarlığını edib, əziyyətini çəkib, yemək bişirən, sonra sənin bir kəlimə "çox dadlı düşüb" sözünə əriyən qadınlardan danışıram, onları sevin. Sən yemisənmi ana soruşsan, "məni iyi tutdu" deyən qadınları deyirəm, sevin.

 

Bir sorğu aparılmış. "Uşaq doğularkən, öləcəyinizi bilsəniz o uşağı yenə dünyaya gətirərsinizmi"? Kişilər "yox, qadınım yaşasın", qadınlar isə "uşağım yaşasın" demiş, qadınları sevin. Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər hədiyyəyə "bunu qızıma cehiz qoşaram" deyən qadınları deyirəm, sevin.

 

Kişilərin iş rejimi dəyişməz. Saat 09:00-da başlayar, 19:00 civarında bitər. Nə gecəsi, nə də gündüzü olar qadınların. Bunun baxçası var, bunun məktəbi var, bunun təmiz əyni-başı var, bunun valideynlər iclasında insan üzünə çıxması var, qadınları sevin.

 

Kişilər qürur küpüdürlər, büruzə verməzlər. Bunun neçə il öz evində əzab-əziyyətlə böyütdükdən sonra, başqa bir evə gözü yaşlı gəlin yola salmağı var, qadınları sevin. Evindən buraxmaqla bitdimi? O evə az qala gündə iki dəfə zəng edib qızım nəyin var, nəyin yox deməsi var. Filanca şeyim əksik deyərmi qızlar? Həyatı boyu. "Burda hər şey çox yaxşıdı ana". Çox nadir dilə gətirərlər qadınlar hansısa bir çatışmamazlıqlarını, qadınları sevin. Elə bir sevin ki, onlar ana qucağını sizə dəyişdiklərinə peşman olmasınlar. Qadınları sevin, sevməsəniz də özünüz bilərsiniz. Onlar yenə də sizi sevəcəklər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin