“Hakimiyyət məhz bu perspektivi qəbul edə bilmir”

16:17 27-11-2017 | icon 488 | Siyasət
“Hakimiyyət məhz bu perspektivi qəbul edə bilmir”

“Ən səthi yanaşmada belə, Avropa Birliyi (AB) ilə dərin əməkdaşlıq Azərbaycanın xeyrinə ola bilər. Belə əməkdaşlıq imkanlarını qardaş Türkiyə dövləti 60 ildir axtarır”.

Versus.Az xəbər verir ki, bunu Vətəndaş və İkişaf Partiyasının sədri Əli Əliyev özünün “facebook” səhifəsində YAP-la AB arasında yaranan məsafələrlə bağlı irəli sürdüyü suala cavab olaraq açıqlayıb:

“Yaxın qonşularımız Moldova, Ukrayna və Gürcüstan bir sıra üstünlüklərlə yanaşı, AB-i ölkələrinə vizasız gediş-gəliş imkanı əldə edib, orada biznes qurmaq və s. fürsətlər əldə ediblər. 500 milyonluq AB-yi dünya ÜDM-nun 20%-ə qədərini verir, dünyanın sənaye nəhəngi, texnologiya generatoru hesab edilir. Azərbaycanın belə bazara öz unikal kənd təsərrüfatı məhsulları ilə daxil olması düşdüyümüz çətin vəziyyətə təkan vermiş olardı. Dağlıq Qarabağ probleminin həllində də AB yanaşması mövqeyimizə tam uyğundur. Separatizmdən zərbə almaq təhlükəsi ilə üzləşən İspaniya, İtalya, Belçika, potensialda Almaniya və Fransa ərazi bütövlüyü prinsipini münaqişələrin həlli prinsipi kimi göstərməkdə maraqlıdır”.

Ə.Əliyev iqtidarın belə fürsəti dəyərləndirmək istəmədiyini iddia edərək, “Görəsən nədən”– sualını verib. Partiya sədri məsələ ilə bağlı bir neçə məqama toxunaraq, AB-nin bir sıra islahat və standartlarla bərabər təklif etdiy tərəfdaşlığın müddüəalarını qeyd edib:

“Bu sıraya liberal bazar, demokratiya, siyasi, seçki, məhkəmə, azadlıqlar, təməl haqlar, gömrük və vergi qanunvericiliyi daxildir. İslahatlara gedilməsi belə bir mənzərəni formalaşdıra bilər:
– azad, bərabər seçki qanunvericiliyi, şəffaf seçki və legitim proses;
– rəqabətli bazar, monopoliyaların sonu, oliqarxiyanın məhvi;
– hakimiyyətin ünvanına TV-lərdən, meydanlardan açıq, sərt tənqid;
– iqtisadi baxımdan mənəvi buxovsuz azad insan, müstəqil orta təbəqə və nəzarətsiz biznes dünyası;
– regionçuluq və tayfabazlıqdan uzaq kadr seçimi;
– Ruisya və İran kimi avtoritarizmi dəstəkləyən dayaqlardan məhrumiyyət;
– İcra hakimiyyətinin əmr edə bilmədiyi Məhkəmə və Parlament hakimiyyət qolları, yuxuya haram qatan rəsmi müxalifət fraksiyaları;
– amansız və təqibçi həqiqi müxalifət;
– bunların fövqündə isə haqqını tələb edən XALQ!”

Ə.Əliyev hesab edir ki, məhz bu perspektivi hakimiyyət qəbul edə bilmir.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür