Yalnız bircə gün deyil - yaşadığımız sürəcə həmrəy olaq

15:41 31-12-2018 | icon 950 | Kürsü
Yalnız bircə gün deyil - yaşadığımız sürəcə həmrəy olaq

 

 

 

 

 

MEHRİBAN SADIQOVA

/AXCP sədr müavini/

 

 

 

Dünya Azərbaycanlılarının həmrəylik günü. 1989-cu ildə Güney və Quzey Azərbaycanda yaşayan soydaşlarımız tikanlı məftilləri qırdı. Ayrılıq və həsrət qoxulu Araz ayrı düşmüş qardaşların sevincini saf və pak sularında əks etdirdi. Bu günün əhəmiyyətini dərk edən insanlar bayram günü kimi həmin günü yaddaşlara yazdı.

 

Bütün dünyada azərbaycanlıların birlik günü əbədiləşsin deyə Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr Naxçıvan MR AM-nin qərarı ilə Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. Bu, Vətən eşqini ömrünün amalına çevirənlər üçün ən böyük bayramdır.

 

Amma biz həmrəyikmi? Hamımız bir amal, bir ideya - Azərbaycan uğrunda bütün məhrumiyyətlərə hazırıqmı? Qonşularda torpaqları "əsir" qalan Azərbaycanım Övladlarının nankorluğuna görə sənmi qınanmalısan? Axı nankorlarla yanaşı uğrunda canını verən ərənlərin də var. "Pis övladı ana daha çox sevər" - deyib nənələrimiz. Sənin də məhəbbətinin çoxluğu onları dəyişəcəyinə tam əminəm. Əminəm ki, bu məhəbbətin gücü onları peşiman olmağa vadar edəcək.

 

Əziz həmvətənlər bu Vətən bizimdir. Onu bütün laqeydliklərdən qorumalı deyilikmi? Vətən adı altında birləşməyimizin vaxtı çatmayıbmı?

 

Üzümü xaricdə oturub ölkəsi haqqında danışanlara tuturam. Sözüm sizədir Orduxanlar, Qurbanlar! Axı, qəlbiniz yanmasaydı Azərbaycan deməzdiniz. Elə bu Azərbaycanın mənəviyyatını qorumaq üçün birləşməyə dəyməzmi? Adını "soydaş" adı ilə yanaşı səsləndirməyə xəcalət çəkdiyim məmurlar - yığdığlarınızı bir tərəfə buraxıb, içinizdəki "paslanmış" mənəviyyatlarınızı axtarmağın vaxtı yetişməyibmi? Sultan Süleymana qalmayan dünyada Vətəni düşünməyin, "namus"u düşünməyin vaxtı çatmayıbmı? Özünü hakimiyyətə "müxalif" hesab edən ənənəvi müxalifətçilər, sizcə birləşməyə gecikmirikmi? Axı birlik olmadan nə uğrunda mübarizə aparmaq olar? Və əgər lap olarsa da, bu mübarizə kimə lazımdır?

 

Sonda üzümü dünyada yaşayan bütün soydaşlarımıza tutaraq demək istəyirəm. Yalnız bircə gün deyil - yaşadığımız bütün sürəcə həmrəy olaq.

Hər birinizin bayramı mübarək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin