Günəş küləyi Yerdə hansı fəsadlar yarada bilər?

09:59 02-03-2022 | icon 570 | Maraqlı
Günəş küləyi Yerdə hansı fəsadlar yarada bilər?

Günəş küləyi müxtəlif təbiət hadisələri yarada bilər. Məsələn, şimal parıltısı bəzən məhz onun təsirilə ortaya çıxır.

 

Günəş küləyi günəş səthindən kosmosa yayılan yüklü hissəciklərin davamlı axınıdır. Xoşbəxtlikdən, bu hissəciklər Yerə zərər verə bilməz. İstilik və təzyiq cazibə qüvvəsindən daha güclü olduqda belə bir külək yaranır. Nəticədə atmosferdəki yüklü plazma günəşin maqnit sahəsinin xətləri üzrə kosmosa yayılır. Bənzər bir proses Günəşin bütün səthində baş verir.

 

Alimlərin fikrincə, günəş küləyi səbəbindən Marsın atmosferi dəyişib. Mütəxəssislər hesab edirlər ki, orada əvvəllər Yer atmosferinə bənzər atmosfer olub. Lakin indi ondan demək olar ki, heç nə qalmayıb. Çox güman ki, onun məhv olması yüklü hissəciklərin axını ilə bağlı olub.

 

Ümumiyyətlə, günəş sistemindəki tamamilə bütün kosmik obyektlər günəş küləyi tərəfindən təsirlənir. Düzdür, onlardan bəziləri - məsələn, Yer kürəsi bu təsirə digərlərindən daha yaxşı dözür.

 

Planetimiz bu küləkdən qorunur. Bu, bərk daxili nüvə və əsasən dəmirdən ibarət olan maye xarici nüvə hesabına əmələ gələn güclü maqnit sahəsidir. Çox güman ki, bu sahə olmasaydı, planetimiz indi Marsa bənzəyəcək və bəlkə də ondakı həyat birhüceyrəli orqanizmlərdən ibarət olacaqdı. /ferra.ru/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq