Uşaqlarda mövsümi xəstəliklərin qarşısını almağın üsulu

10:02 02-03-2022 | icon 342 | Sağlamlıq
Uşaqlarda mövsümi xəstəliklərin qarşısını almağın üsulu

Pediatr Dinara Bedretdinova uşaqlarda mövsümi xəstəliklərin qarşısının alınması üçün lazımi tədbirləri sadalayıb.

 

O, bildirib ki, ilk növbədə uşağın olduğu otaqda hava isti və quru olmamalıdır:

 

“Təmiz hava nəfəs almağı asanlaşdırır, orqanizmi oksigenləşdirir və havada virusların konsentrasiyasını azaldır. Ağız və burunun selikli qişasının vəziyyətini normal saxlamaq üçün otaqda rütubət 40-60 faiz, havanın temperaturu isə 22-24 dərəcə olmalıdır. İsti otaqda uşaqlar tərləyir, susuzluq baş verir, selikli qişalar quruyur”.

 

Pediatr vurğulayıb ki, soyuqdəymənin qarşısını almaq üçün uşağa bol maye vermək lazımdır.

 

Həmçinin, mütəxəssis aktiv həyat tərzi keçirməyi tövsiyə edib:

 

“Gündəlik gəzintilər, çimmək, düzgün qidalanmaq. Kifayət qədər təzə meyvə, tərəvəz və protein qəbul etmək, “fast food” və zərərli karbohidratları rasioandan çıxarmaq arzuediləndir. Normal yuxu və idman da sağlamlıq üçün vacibdir. Həmçinin, ictimai yerləri ziyarət etdikdən və gəzintidən sonra əllərin və üzün müntəzəm yuyulmasına önəm vermək lazımdır”. /moslenta.ru/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq