Keçmiş məhkum yenidən tutuldu

07:18 05-03-2022 | icon 413 | Hadisə
Keçmiş məhkum yenidən tutuldu

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə və psioxtrop maddə aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Biləsuvar rayonunun Zəhmətabad kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev saxlanılıb.

 

Şəxsi axtarış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda ümumilikdə 11 kiloqram 630 qram heroin, 720 qram metamfetamin və 3 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

 

Aparılan araşdırmalarla onun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib. Belə ki, C.Əliyev narkotik vasitələri həmin şəxs vasitəsilə əldə etdiyini və onun deyəcəyi yerlərə çatdırmaqla satışını təşkil etməli olduğunu etiraf edib.

 

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq