TƏBİB-dən vətəndaşlara XƏBƏRDARLIQ

15:38 11-03-2022 | icon 367 | Sağlamlıq
TƏBİB-dən vətəndaşlara XƏBƏRDARLIQ

Elmin Quliyev: "Antibiotiklərə davamlılıq qlobal problemdir"

 

“Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da əsasən ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində mütləq şəkildə antibiotik istifadə edilir”.

 

Versus.Az xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.

 

Onun sözlərinə görə, antibiotiklərə davamlılıq qlobal problemdir:

 

“Bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır. Yəni, antibiotik həmin bakteriyaları məhv edə bilmir. Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur. Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. “Başqası istifadə edib, müsbət təsir edib” fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verirlər. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5 % halda əks-təsir müşahidə oluna bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq