Qaziyə əlillik təyin edilməyib?

17:47 11-03-2022 | icon 439 | Şəhidlər və şahidlər
Qaziyə əlillik təyin edilməyib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı şəhər sakini Əzizzadə Rəhman Həsən oğlunun əlillik təyinatı ilə bağlı şikayətinə münasibət bildirib.

 

Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, R.Əzizzadəyə hələ bu ilin yanvar ayında 3-cü qrup əlillik təyinatı aparılıb:

 

“Belə ki, 2022-ci ilin yanvarın 24-də o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onda sağ göz almasının enukleasiyandan sonrakı vəziyyət və astenik əlamətlər müəyyən edilib.

Digər orqan və ətraflarda əlillik təyinatına əsas verən patofunksional əlamətlər izlənilməyib. Eyni zamanda, Rəhman Əzizzadənin onunla bağlı iddia etdiyi “Beyin atrofiyası” diaqnozu Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədə qeyd edilməyib. 

Şəhadətnamədə qeyd edilən diaqnoz və şəxsin hazırkı vəziyyəti qanunvericiliyə uyğun olaraq III dərəcə müddətsiz əlillik təyinatına əsas verir. 

Bu əsasda da Rəhman Əzizzadəyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilib. Hazırda əlillik təyinatına uyğun olaraq 11.12.2021-ci il tarixindən 300 manat məbləğində ödəniş həyata keçirilir. Bununla yanaşı, R.Əzizzadə 8 may 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksindən ikiotaqlı mənzil ilə təmin olunub”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq